AZ

KİV: ABŞ BMT-nin iclasına qatılacaq iranlı diplomatlara qadağalar qoymağa hazırlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Dövlət Departamenti bu ay BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək İran nümayəndə heyətinə qarşı yeni səyahət və alış-veriş məhdudiyyətləri tətbiq etməyi nəzərdən keçirir.
"Azad İran" "Telegram" kanalı bu barədə "Associated Press"ə istinadən məlumat yayıb.
Agentlik Dövlət Departamentinə məxsus sənədə istinadla bildirir ki, gözlənilən dəyişikliklər çərçivəsində İran nümayəndə heyətinin Nyu-York şəhərindən kənara çıxmasına və bəzi kommersiya obyektlərinə, xüsusilə də topdansatış mağazalarına daxil olmasına qadağa qoyula bilər.
Sözügedən məhdudiyyətlər arasında "Casco" və "Sams Club" kimi ABŞ-nin tanınmış topdansatış şəbəkələrindən alış-veriş etmək imkanının ləğvi də yer alır. "Associated Press" yazır ki, bu mağazalar uzun illərdir İran diplomatlarının əsas alış-veriş məkanları olub.
Seçilən
14
50
oxu.az

10Mənbələr