AZ

Kriştianu Ronaldunun nişanlısı beş milyon dollarlıq nişan üzüyü ilə diqqət çəkdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun nişanlısı Corcina Rodriges Venesiya Film Festivalında iştirak edib və qırmızı xalça üzərindən keçib.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, mərasim zamanı argentinalı model Ronaldunun ona hədiyyə etdiyi nişan üzüyünü nümayiş etdirib.
Zərgər Acay Anandın sözlərinə görə, üzük üçün təxminən 30 karat ağırlığında D kateqoriyalı brilyant seçilib. Zinət əşyasının təxmini dəyəri beş milyon dollardır.
Xatırladaq ki, avqustun 11-də Rodriges "Instagram" hesabında Ronalduya ərə gedəcəyini açıqlayıb. O, üç daş-qaşdan ibarət nişan üzüyünün şəklini paylaşıb.
Seçilən
106
50
oxu.az

10Mənbələr