1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan yığması İslandiya ilə matça ciddi hazırlaşıb".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.
Yarımmüdafiəçi İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizi sabah ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirəcəyik. Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq".
Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.