1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Amerika Birləşmiş Ştatları Şərqi Avropa ölkələri üçün təhlükəsizlik yardım proqramlarını dayandırmağa başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, söhbət proqramın yüzmilyonlarla dollar həcmində ixtisarından gedir.
"Pentaqon nümayəndələri keçən həftə avropalı diplomatlara məlumat veriblər ki, ABŞ Rusiya ilə istənilən münaqişədə Şərqi Avropa ölkələrindəki hərbi qulluqçuların təlimi və təchizi proqramlarını artıq maliyyələşdirməyəcək", - deyə materialda vurğulanır.
Məqalədə qeyd olunur ki, bu qərarın səbəblərindən biri Pentaqonun ABŞ-nin müdafiə resurslarını Tayvanla əlaqədar Çinlə potensial münaqişə ehtimalını azaltmaq üçün Asiya-Sakit okean regionuna yönəltmək istəməsidir.
Qeyd edək ki, 2018-2022-ci illər arasında Avropada proqramın reallaşdırılması üçün 1.6 milyard dollar ayrılmışdı.