1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı kəndlərində qədim dövrlərdən etibarən qoçuluq adət-ənənəsi mövcud olub. Sabunçuda isə qoçuların bəzisi kənd, bəzisi mədən qoçusu olaraq tanınıb.
Oxu.Az Photostock.az-a istinadla xəbər verir ki, burada yaşayan 40-dan çox qoçudan biri də mədən qoçusu Qafar Nağıyev olub. Qafar Nağıyevin o dövrün məşhur kənd qoçularından biri olan Malbaş Yusiflə arasında ədavət olub. Malbaş Yusifin atası Hacı Rüstəm kişi dünyasını dəyişdiyi zaman Qoçu Qafar kənd camaatına qoşulub yas mərasiminə yollanıb. Beləcə, Malbaş Yusiflə aralarındakı münaqişə sona çatıb.
Məhz bundan sonra, yəni 1902-ci ildə Qafar Nağıyev Sabunçu kəndində yerləşən mülkünü tikdirə bilib.







Daha çox foto burada: PhotoStock.az