1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin "Beşiktaş" klubu hazırda "Ən-Nəsr"də çıxış edən ulduz futbolçu Sadio Mane ilə danışıqlara başlayıb.
Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında ilk danışıqlar gerçəkləşsə də, razılıq əldə olunmayıb.
"Beşiktaş" rəsmiləri futbolçunun meneceri ilə yenidən danışıqlar masasına əyləşməyi düşünürlər.
Qeyd edək ki, Sadio Mane daha öncə İngiltərənin "Liverpul", Almaniyanın isə "Bavariya" klublarında çıxış edib.