Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
"Difai" klubu heyətinə yeni futbolçu qatıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən kollektiv hücum xəttini gücləndirib.
"Fədailər" Xəqani Sadıxovla anlaşıblar. Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq forvardı artıq 1-ci Liqa təmsilçisinə qoşulub və məşqlərdə iştirak edir.
Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. Komanda bu yay ötən mövsüm "Kəpəz"də baş məşqçinin köməkçisi qismində çalışmış Araz Bağırova tapşırılıb.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.