AZ

"Mançester Yunayted" öz meydanında məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında ilk turun oyunları davam edir.

Modern.az xəbər verir ki, yeni mövsümün ilk mərkəzi görüşü Mançesterdə baş tutub. "Mançester Yunayted" öz meydanında "Arsenal"la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 13-cü dəqiqədə Rikkarko Kalafiori vurub.

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Liverpul" - "Bornmut" - 4:2

"Aston Villa" - "Nyukasl" - 0:0

"Tottenhem" - "Börnli" - 3:0

"Sanderlend" - "Vest Hem" - 3:0

"Brayton" - "Fulhem" - 1:1

"Vulverhemton" - "Mançester Siti" - 0:4

"Çelsi" - "Kristal Pelas" - 0:0

"Nottingem" - "Brentford" - 3:1

Qeyd edək ki, tura avqustun 18-də keçiriləcək "Lids" - "Everton" matçı ilə yekun vurulacaq.

Seçilən
53
50
modern.az

10Mənbələr