AZ

Liqa 1: PSJ mövsümün ilk matçında tək qolla qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Brest” – “Lill” matçında qalib müəyyənləşməyib. “Anje” doğma meydanda “Paris”ə, “Oser” isə “Loryan”a minimal hesabla qalib gəlib. “Mets” evdə “Strasburq”a oxşar hesabla uduzub. Son çempion PSJ də səfərdə “Nant”ı tək qolla üstələyib.

Fransa, Liqa 1
1-ci tur

15 avqust

Renn – Olimpik (Marsel) 1:0
Qol: Blas, 90+1.

16 avqust

Lans – Olimpik (Lion) 0:1
Qol: Mikautadze, 45+1.

Monako – Havr 3:1
Qollar: Lyoris, 32-öz qapısına. Dayer, 61. Akliuş, 74 – Ndiaye, 67.

Nitsa – Tuluza 0:1
Qol: Sidibe, 90.

17 avqust

Brest – Lill 3:3
Qollar: K.Dumbiya, 34; 51. Le Kardinal, 75 – Jiru, 11. Haraldsson, 26. Mukau, 66.

Anje – Paris 1:0
Qol: Lepaul, 9.

Oser – Loryan 1:0
Qol: Sinayoko, 53.

Mets – Strasburq 0:1
Qol: Paniçelli, 86.

Nant – PSJ 0:1
Qol: Vitinya, 67.

Seçilən
44
3
arena.az

10Mənbələr