“Sanderlend” fransalı futbolçu Nordi Mukieleni heyətinə qatıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


Sağ cinah müdafiəçisi klubla 4 illik müqavilə imzalayıb. 


“Sanderlend” 27 yaşlı oyunçu üçün PSJ-yə 12 milyon avro ödəyib.


Mukiele 2022-ci ilin yayından PSJ-də idi. Paris klubunun heyətində o, bütün turnirlərdə 45 oyun keçirib, 4 qol ötürməsi ilə yadda qalıb. Son mövsümü isə icarə əsasında “Bayer”də keçirib. 


Ötən mövsümün yekununda “Sanderlend” Çempionşipdən Premyer Liqaya yüksəlib.