AZ

"Fasilədən sonra problemlər yaşadıq" - Saşa İliç

style='margin-bottom:10px;'>

"Sumqayıt"In baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 1-ci turunda "Kəpəz"ə qalib gəldikləri oyunu şərh edib.

QOL.az xəbər verir ki, serbiyalı mütəxəssis evdə qazanılan 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında bildirib ki, hesaba baxmayaraq, komandaya bir qədər vaxt lazımdır.

O, bəzi oyunçuların bir müddətdən sonra komandaya daha çox fayda verəcəyini deyib: "İlk ev oyununda qələbə qazandığımız üçün sevincliyik. İlk hissədə yaxşı oynadıq, amma fasilədən sonra problemlər yaşadıq. Bəzi oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Bunları nəzərə alıb, məşqlərdə aradan qaldırmağa çalışacağıq".

Seçilən
12
44
teleqraf.com

10Mənbələr