“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın yeni hücumçusu Viktor Qyökeresin debüt oyunundakı çıxışını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis Premyer Liqanın ilk turunda “Mançester Yunayted” üzərində qazanılan qələbədən sonra futbolçu barədə fikirlərini bildirib:
“Bu gün Qyökeres meydanda çox faydalı işlər gördü və mən bununla xoşbəxtəm. Bizim yüksək pressinqimiz və tələb etdiyimiz ritmə əsasən, hələ üzərində işləməli olduğumuz məqamlar var. Mançester səfərində mövsümə qələbə ilə başlamaq çox yaxşı başlanğıcdır”.
Qeyd edək ki, “Arsenal” Premyer Liqanın açılış oyununda səfərdə “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu Rikkardo Kalafiori vurub. Dyökeres isə 60 dəqiqə meydanda olsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.