“Kəpəz”in baş məşqçisi Adil Şükürov bu gün Premyer Liqanın 1-ci turu çərçivəsində “Sumqayıt”a uduzduqları oyun barədə fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, səfərdə 0:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, o, ilk oyunda qalib gəlmək istədiklərini dilə gətirib.
Şükürov əllərinə düşən imkanlardan istifadə edə bilmədiklərinə görə də təssüfünü bildirib: “İİlk növbədə istəyirdik ki, birinci oyunda xal qazanaq, yaxşı nəticə ilə Gəncəyə qayıdaq. Amma təəssüflər olsun ki, ələ düşən imkanımızdan istifadə edə bilmədik. Nəticədə futbolun yazılmamış qanunu öz işini gördü və komandamız qol buraxdı. Bundan sonra da biz hücumda olduğumuz halda əks-hücumda ikinci qolu buraxdıq. Bunun ardınca komandada ruh düşkünlüyü yarandı və yekunda məğlub olduq”.
İdman.biz