AZ

Belçika qoşunları NATO-nun şərq cinahını gücləndirəcək

Belçika iyulun sonunda NATO-nun “şərq cinahı”nı - Rusiya ilə həmsərhəd ərazilərini gücləndirmək planı çərçivəsində Litvaya 200-dən çox hərbçi göndərəcək.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti Belçikanın müdafiə naziri Teo Frankenə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, Belçikanın Litvada hərbi missiyası altı ay davam edəcək və gələn il yanvarın sonunda başa çatacaq. Franken Almaniyanın Belçika qoşunlarının yerləşdirilməsini xahiş etdiyini də deyib.

Qoşunların yerləşdirilməsi hələ Belçika federal kabinetinin təsdiqini tələb edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
80
50
herbiand.az

10Mənbələr