AZ

Belçika Litvaya qoşun yeritməyi planlaşdırır

Belçikanın müdafiə naziri Teo Franken krallığın NATO-nun şərq cəbhəsini gücləndirmək planı çərçivəsində iyulun sonunda Litva sərhədinə 200 əsgər göndərəcəyini açıqlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

“Yerləşdirmə NATO-nun Gücləndirilmiş İrəli Mövcudluq missiyasının, Rusiya ilə artan gərginliyə cavab olaraq Baltikyanı ölkələrdə hərbi mövcudluğunu artırmaq planının bir hissəsidir”,-deyə bildirilib.

Bu NATO planı 2016-cı ildən mövcuddur.

Franken bəyan edib ki, Belçika ordusu 2026-cı ilin yanvar ayının sonuna qədər Litvada qalacaq, bundan sonra vətənə qayıdacaq. Nazir əlavə edib ki, Almaniya Belçika hərbçilərinin Litvaya göndərilməsini xahiş edib.

Qoşunların yerləşdirilməsi ilə bağlı qərar Belçikanın federal kabineti tərəfindən təsdiqlənməlidir.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
8
50
editor.az

10Mənbələr