AZ

Belçika öz qoşunlarını Litvaya göndərməyi planlaşdırır

Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, krallıq NATO-nun şərq cəbhəsini gücləndirmək planı çərçivəsində iyulun sonunda Litva sərhədinə 200 əsgər göndərəcək...

Poliqon xəbər verir ki, bu barədə Soir nəşri məlumat yayıb.

"Yerləşdirmə "Enhanced Forward Presence" missiyasının, NATO-nun Rusiya ilə artan gərginliyə cavab olaraq Baltikyanı ölkələrdə hərbi mövcudluğunu artırmaq planının bir hissəsidir", deyə nəşr yazır.

Qeyd olunur ki, NATO-nun planı 2016-cı ildən mövcuddur.

Franken dəqiqləşdirib ki, Belçika qoşunları 2026-cı ilin yanvar ayının sonuna qədər Litvada qalacaq, bundan sonra vətənə qayıdacaqlar. Nazir əlavə edib ki, Almaniya Belçika qoşunlarının Litvaya göndərilməsi ilə bağlı müraciət edib.

Qoşunların göndərilməsi ilə bağlı qərar Belçikanın federal kabineti tərəfindən təsdiqlənməlidir.

Poliqon.info

Seçilən
7
50
poliqon.info

10Mənbələr