AZ

Belçika müdafiə naziri: Rusiya NATO-ya qarşı “yaşıl adamlar” ssenarisi ilə hücum edə bilər

Rusiya gələcəkdə bir və ya bir neçə NATO ölkəsinə hücum edə bilər. Lakin bu, Ukraynaya qarşı başlanan genişmiqyaslı müharibəyə bənzəməyəcək. Bu fikirləri Belçikanın müdafiə naziri Teo Franken “Telegraf” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Moskva açıq hərbi müdaxilə əvəzinə daha hiyləgər metodlara əl ata bilər:

“Düşünmürəm ki, Rusiya NATO ərazisinə birbaşa genişmiqyaslı hücumla başlaya bilər. Daha çox Donbasda 2014-cü ildə tətbiq edilən ssenariyə bənzər bir situasiya ola bilər: əvvəlcə guya rusdilli azlığın ‘ayaqlanması’ başlayır və sonra ‘vətən’ onları qorumağa gəlir. Ardınca isə ‘yaşıl adamlar’ – yəni rəsmi ordu olmadığını iddia edən, amma əslində Rusiya tərəfindən yönləndirilən silahlı şəxslər ortaya çıxır”, – deyə o bildirib.

Teo Franken qeyd edib ki, Rusiya bu cür üsulları Gürcüstan və Moldovada da tətbiq edib. O hesab edir ki, Moskva NATO üzvü olan, o cümlədən Finlandiya kimi ölkələrə qarşı açıq müharibəyə başlamaz, çünki bunun Rusiya üçün məğlubiyyətlə nəticələnəcəyini anlayır.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
50
editor.az

10Mənbələr