”Real”dan ayrılan yarımmüdafiəçi Luka Modriç tezliklə “Milan”a keçəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu artıq İtaliyaya yollanıb.
O, tezliklə “Milan”a keçidini tamamlamaq üçün tibbi müayinədən keçəcək.
Modriç 2012-ci ildən “Real”da forma geyinib, Klublararası dünya çempionatı başa çatdıqdan sonra komandanı azad agent kimi tərk edib.
39 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 63 matçda çıxış edib, 4 qol vurub və 9 məhsuldar ötürmə verib.