“Qarabağ”dakı arxayınlığın səbəbi...
“Neftçi”də Samir Abasovun israrlı istədiyi futbolçu kimdir?
Adı “İmişli” olsa da, Bakıda məskunlaşmaq nə deməkdir?
“Sabah”ın “Çelye” səfəri öncəsi şansları...
Daha ətraflı bu axşam saat 21:00-da “Sportinfo TV”də yayımlanacaq “Futbol manşet” verilişində…
Elçin Cəfərov təqdimatında yayımlanacaq verilişin qonağı tanınmış futbol mütəxəssisi, “Professor” ləqəbli Mahmud Qurbanovdur.
Canlı yayım zamanı aktual mövzulardan danışılacaq, azarkeşlərin ünvanladıqları suallar da cavablandırılacaq.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.