“Çelsi”nin hücumçusu Nikolas Cekson cari transfer dövründə İngiltərə klubunu tərk edə bilər.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, seneqallı futbolçunun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək ehtimalı var.
Eyni zamanda, “Milan” da forvardın transferində maraqlıdır.
Cekson 2023-cü ilin yayında “Vilyarreal”dan “Çelsi”yə transfer olunub. 24 yaşlı hücumçu son mövsümdə 37 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.