AZ

Bu səhvi qətiyyən etmək olmazdı, o, etdi! - VİDEO

"Pavol Safranko meydanda olanda üçüncü fazada daha çox topa sahiblənməyə imkan verirdi.

Onun əvəzlənməsi ilə həmin zonada boşluqlar yarandı, rəqibin müdafiə xətti daha çox irəli çıxmağa başladı, o təzyiqi hiss etmədi.

Əks-hücumlara bel bağlanıldı, amma alınmadı. Məşqçi müdaxilələri "Çelye"də daha uğurlu oldu".

Bu açıqlama “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.

Jurnalist Elçin Cəfərovla tanınmış futbol mütəxəssisi Arif Əsədov Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sabah"-"Çelye"(2:3) matçı haqda dəyərləndirmələr edib, məğlubiyyətin səbəbləri barədə danışıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
3
5
sportinfo.az

10Mənbələr