AZ

Azərbaycan komandası Avropada SENSASİYA edəcək? - VİDEO

Avropa Liqasında birinci təsnifat mərhələsi çərçivəsində “Sabah” evdə Sloveniya “Çelye”si ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Avropa həftəsi”ndə komandamızın matçdan sonrakı çıxışı dəyərləndirilib.

Elçin Cəfərovun aparıcılığını etdiyi verilişdə qonaq tanınan futbol mütəxəssisi Arif Əsədov olub.

“Sabah”ın məğlubiyyətinin səbəbi araşdırılıb, məşqçilərin oyuna müdaxilələri xüsusi diqqət mərkəzində yer alıb.

Cavab matçı üçün təmsilçimizin şanslarının dəyərləndirdiyi verilişdə canlı yayım zamanı tamaşaçıların ünvanladığı rəylər oxunulub, suallara cavablar verilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
16
2
sportinfo.az

10Mənbələr