İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Qəzza və İranda keçirdiyi hərbi əməliyyatların nəticəsiz qaldığını bildirib.
HİT.az cəbər verir ki, ki, baş nazir Benyamin Netanyahunun heç bir hərbi məqsədə çatmadığını, üstəlik, onun əmrlərinin İsrailə zərər verdiyini bildirib.
Əraqçi Qəzzada hərbi əməliyyatları “hərbi bataqlıq” adlandırıb ki, bu da diplomatın sözlərinə görə, HƏMAS hərəkatının sıralarının artırılmasına və baş nazirin həbsinə order verilməsinə səbəb olub. "İranla münaqişə İsrailin gizli obyektlərinin dağıdılmasına gətirib çıxardı”, deyə Əraqçi öz Telegram kanalında yazıb.
Eyni zamanda, siyasətçi İsraillə münaqişədən sonra İranın nüvə proqramının vəziyyətini şərh edib:
"Netanyahuproqramın 40 ildən artıq nailiyyətlərini məhv edə biləcəyi ilə bağlı illüziyalar var idi. Amma işlər başqa cür oldu: muzdluları tərəfindən öldürülən iranlı alimlərin hər biri yüzlərlə istedadlı tələbə yetişdirməyə müvəffəq oldu. Və tezliklə bu tələbələr Netanyahuya nəyin olduğunu göstərəcəklər".
Samir