AZ

Netanyahunun planları iflasa uğradı - İran XİN rəhbəri

BAKI,TurkicWorld

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzadakı “qələbə” vədinin nəticəsi yalnız hərbi çıxılmaz vəziyyət və müharibə cinayətləri ittihamları olub, İranın nüvə proqramını məhv etmə arzuları isə uğursuzluğa düçar olub.

TurkicWorld xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Ərakçi X sosial media hesabında paylaşım edib.

“Netanyahu təxminən iki il əvvəl Qəzzada qələbə vədi vermişdi. Nəticə: hərbi çıxılmazlıq, müharibə cinayətlərinə görə həbs qərarı və 200 min yeni HƏMAS döyüşçüsü”- deyə o bildirib.

İranlı nazir bildirib ki, Netanyahu İranda qarşıya qoyduğu heç bir hədəfə nail ola bilməyib. Əksinə, İran İsrailin gizli obyektlərini yerlə yeksan edib və Netanyahu rejimi bu reallığı hələ də senzura altında saxlayır.

Ərakçi həmçinin ABŞ-ın İrana qarşı siyasətinin, haqqında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı verilmiş Netanyahu tərəfindən diktə edildiyini iddia edib.

“ABŞ-ın İranla bağlı siyasətini bir müharibə cinayətkarının diktəsi ilə formalaşdırması absurddur. İranın bu cür bir fiqurun dediklərini qəbul edəcəyi düşüncəsi cəfəngiyyatdır" - deyə Ərakçi vurğulayıb.

Seçilən
17
5
turkic.world

6Mənbələr