"İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada qələbə vədi dalana dirənib. Üstəlik, indi o, müharibə cinayətləri ilə bağlı ittihamlarla qarşı-qarşıyadır. Bununla belə, onun İranın nüvə proqramını məhv etmək xəyalı da puça çıxıb"
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Erakçi deyib.
O, "Netanyahu İranda heç bir məqsədə nail ola bilməyib", - deyərək bildirib ki, indi Netanyahununözü həbs təhlükəsiylə üzləşib, üstəlik, HƏMAS Qəzzada azı 200 min yeni döyüşçü qazanıb: "Oxşar duurm İranda da var. Netanyahu İranın 40 ildən artıqdır davam edən nüvə proqramını ləğv etmək arzusundaydı. Nəticə: işğalçılar tərəfindən şəhid edilən iranlı nüvə aliminin hər biri 100-dən çox istedadlı tələbə yetişdirib!. Onlar indi Netanyahuya nə edə biləcəklərini göstərəcəklər".
Tahir Şəlvəli
MİA.AZ