Netanyahu təxminən iki il əvvəl Qəzzada qələbə vəd etmişdi. Nəticə- çıxılmaz hərbi vəziyyət, müharibə cinayətlərinə görə həbs qərarı və 200 min yeni Həmas əsgəri" .
Sitat.info xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı X sosial media hesabından paylaşdığı mesajda deyib.
Əraqçı Netanyahunun İranın 40 ildən artıqdır fəaliyyət göstərən nüvə proqramını ləğv etmək arzusunda olduğuna diqqət çəkib: "Nə əldə etdilər: Muzdlular tərəfindən şəhid edilən onlarla iranlı akademikin hər biri 100-dən çox istedadlı tələbə yetişdirib. Onlar Netanyahuya nə edə biləcəklərini göstərəcəklər"
İranlı nazir Netanyahunun İranda heç bir məqsədinə çatmadığını, İranın İsrailin gizli obyektlərini məhv etdiyini, Netanyahu rejiminin hələ də onlara senzura tətbiq etdiyini bildirib.
O, ABŞ-ın İrana qarşı siyasətinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı olan Netanyahu tərəfindən diktə edildiyini qeyd edib. "İranın axtarışda olan hərbi cinayətkarın dediyi hər şeyi qəbul edəcəyi absurdluğu ilə yanaşı, qaçılmaz sual da ortaya çıxır: "Netanyahu tam olaraq nə çəkir? Əgər o, heç nə çəkmirsə, Mossadın Ağ Evdə nəyi var?".
Məğrur,
Sitat.info