“Torino” 23 yaşlı ingiltərəli hücumameylli yarımmüdafiəçi Faustino Ancorini “Empoli”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Torino”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Keçid məccani əsasda gerçəkləşib və 2025/2026-cı illər mövsümünü əhatə edəcək.
Faustino Ancorin “Çelsi”nin məzunudur. Yarımmüdafiəçi karyerası ərzində “Lokomotiv” (Moskva), “Haddersfild Taun”, “Portsmut” və “Empoli”də oynayıb.
2024/205-ci illər mövsümündə Ancorin “Empoli” üçün 22 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Faustino Ancorin İngiltərənin U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.
Ancorin “Çelsi” ilə 2020/2021-ci illər mövsümü Çempionlar Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı ingiltərəli yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
