“Beşiktaş”da yeni müqavilə qeydə alınıb.
Msport.az xəbər verir ki, İstanbul klubu Demir Ege Tıknazın sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Demir Ege Tıknaz “Beşiktaş”ın yetirməsidir. Türkiyə millsinin üzvü ötən mövsüm icarə əsasında “Rio Ave”də çıxış edib.