Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Ciro İmmobile ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş" italiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. "Ağ-qaralar" 35 yaşlı forvarda 2,6 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni 2024-cü ilin yayında "Latsio"dan transfer etmişdi. Təcrübəli futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.