Çiro İmmobile "Beşiktaş" klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi İmmobile ilə müqaviləyə xitam verilməsi barədə KAP-a bildirib. Müqavilənin ləğv edilməsi üçün 2,6 milyon avro ödənilib. 

Qeyd edək ki, 35 yaşlı italiyalı futbolçu "Beşiktaş"ın heyətində 41 oyuna çıxıb, 19 qol vurub, 4 assistə imza atıb. 

O, "qara qartallar" ilə Türkiyə Super Kubokunu qazanıb.