AZ

"Us Weekly": Ancelina Coli Bred Pitti bağışlamaq niyyətində deyil

Hollivud aktyoru Bred Pittin yaxın ətrafından olan bir şəxs onun aktrisa Ancelina Coli ilə boşanması barədə münasibətini "Us Weekly" nəşrinə danışıb.

HİT.az xəbər veruir ki, onların sözlərinə görə, boşanma Bred üçün ağır yük olub.

"Boşanma illərlə onun həyatında bir yük kimi qaldı. O, Colini sevirdi və səhvlər etdiyini anlayır", deyə mənbə bildirib.

İnsayderin sözlərinə görə, ayrılıqdan əvvəlki hadisələr və onun nəticələri uşaqları Pittə qarşı yönəldib, lakin aktyor bu məsələdə Colini hər şeydə günahlandırmır:

"Onun ən böyük peşmanlığı odur ki, artıq heç nəyi düzəldə bilmir".

Həmin şəxs həmçinin qeyd edib ki, bu boşanmada heç kim qalib deyil. Onun sözlərinə görə, ayıq həyat tərzinə keçmək Pittə boşanmadan sonra dəstək olub.

"O, içkini tərgidəndən bəri hər şey dəyişib. Amma Coli hələ də onu bağışlamaq fikrində deyil və yəqin ki, heç vaxt da bağışlamayacaq", deyə mənbə bildirib.

61 yaşlı Bred Pitt və 50 yaşlı Ancelina Coli 2004-cü ildə münasibətə başlayıb və 10 il sonra evləniblər. Onlar 2016-cı ildə ayrılıqlarını elan etsələr də, boşanma prosesi yalnız 2024-cü ilin dekabrında başa çatıb. Cütlüyün altı övladı var: 23 yaşlı Madox, 21 yaşlı Paks, 20 yaşlı Zaxara, 19 yaşlı Şaylo və 16 yaşlı əkizlər Vivyen və Noks. Boşanma sonrası illərlə davam edən qəyyumluq mübarizəsi Pittin uşaqlarla münasibətlərini gərginləşdirib.

Qeyd edək ki, Pitt bir müddət əvvəl anonim alkoqoliklər qrupunun toplantılarına qatıldığını açıqlayıb.

Samir
 

Seçilən
4
10
hit.az

10Mənbələr