AZ

Vətənpərvərliyi ilə gündəmə düşən şəkili Hikmət babadan növbəti xeyirxah hərəkət

Hər kəs şəkili Hikmət babanı 5 il əvvəl Vətən müharibəsinin ən qızğın günlərində etdiyi yardımlarla xatırlayır.

Ölkə.az xəbər verir ki, çəkməsi yırtıq olsa da, təqaüdünü əsgərlərimizə bağışlamışdı. Tez-tez abadlıq işlərinə yardım etdiyini deyən 74 yaşlı Hikmət Musayev bu dəfə yaşadığı Baş Küngüt kəndindəki Nizami Gəncəvinin abidəsini bərpa etdirib.

Onun bu addımı sosial şəbəkələrdə geniş marağa səbəb olub.

"Nizami Gəncəvi çox gözəl işlər görüb deyə qərara gəldim ki, onun heykəlini yaşatmaq lazımdır. Pensiyadan pul ayırıb, paltarı ucuz alıb, yeməyindən bir az kəsib bu işləri görmək olur", - deyə o bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Seçilən
8
50
olke.az

10Mənbələr