Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 1-də baş verib.
Xırdalan şəhər sakini Rasim həmin gün gecəyarısı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində keçmiş arvadı Nəcibənin “Tik Tok” sosial şəbəkəsində gözlərinin çəkilmiş şəkillərini yerləşdirdiyini görüb.
O, arvadının yaşadığı mənzilə gəlib və bu səbəbdən qısqanclıq zəminində onunla mübahisə edib.
Mübahisə zamanı “Sədərək” Ticarət Mərkəzindən əldə etdiyi ov bıçağı ilə Nəcibənin sol əl nahiyəsinə zərbə vurub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 1980-cı il təvəllüdlü Nəcibə onun keçmiş həyat yoldaşıdır” Nəcibə ilə 2018-ci ildə Abşeron Rayon Məhkəməsinin qərarı ilə boşanıb:
“Biz 2003-cü il tarixdə ailə həyatı qurmuşduq və birgə nigahımızdan 2004-ci il təvəllüdlü və 2007-ci il təvəllüdlü – iki oğlumuz dünyaya gəlib.
Biz ayrıldıqdan bir il sonra Nəcibə səhv etdiyini və yenidən birləşməyi, birlikdə yaşamağımızı təklif etdi. Keçmiş arvadım çox peşman olmasını bildirdiyindən onu bağışladım. Boşanmağımıza baxmayaraq 2023-cü ilə kimi birlikdə yaşadıq”.
Müttəhimin bildirdiyinə görə, sonradan keçmiş arvadı ilə aralarında yenidən mübahisələr yaranıb:
“Bu səbəbdən Xırdalan şəhəri Quşçuluq massivi Osman Sarıvəlli küçəsində özümə 2 otaqlı ev aldım və 2023-cü ildən həmin evə köçərək orada yaşamağa başladım. Mayın 31-də “Tik-Tok” sosial şəbəkəsində Nəcibənin gözlərinin çəkilmiş şəkillərini gördüm. Bunun mənə qarşı xəyanət olmasını düşündüm və məsələni aydınlaşdırmaq üçün onun yaşadığı evə getdim.
İyunun 1-də, gecə yarısı Nəcibənin yaşadığı evin qapısını döydüm. Keçmiş həyat yoldaşım qapını açdı. Telefonumda olan şəkilləri göstərərək nə üçün belə etdiyini söylədim. Əsəbi halda özüm ilə gətirdiyim bıçaqla onu vurmaq üçün atdım. Bu zaman Nəcibə qabağa vermiş olduğu əlinə bıçaqla xəsarət yetirmişəm. Yəni bıçağı ona tərəf atmışam”.
İş üzrə zərərçəkmiş Nəcibənin sözlərinə görə, onlar ayrıldıqdan bir il sonra aralarında evlə bağlı çox sayda çəkişmələr başlayıb:
“Mən məcburiyyətdən Rasimlə eyni ünvanda birlikdə yaşasaq da, tez- tez aramızda mübahisələrimiz olub. 2023-cü ilə kimi birlikdə yaşadıq. Sonradan aramızda yenidən mübahisələri yarandı.
Bu səbəbdən keçmiş ərim 2023-cü ildə təkrar məni döydüyünə görə sonuncunun barəsində polisə şikayət etdim. Ona Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə iş başlanıldı və məhkəməyə verildi, barəsində hökm oxundu”.
Zərərçəkmiş qeyd edib ki, iyunun 1-də, gecəyarısı evdə olan zaman qapının döyüldüyünü eşidib:
“Qapını açan zaman heç bir səbəb olmadan Rasim evə daxil oldu və özü ilə gətirdiyi bıçaqla mənə hücum etdi. Bıçaqla mənə xəsarət yetirəcəyini gördüm və əlimi qabağa verdim. O, da əlindəki bıçaqla məni vurdu. Həmin vaxt əlindəki bıçağı tutdum və ondan həmin bıçağı bədənimə vurmamasım çox xahiş etdim. Onun əlindəki bıçağı tutaraq saxladım ki, başqa bir xəsarət yetirməsin. Rasim yenidən bıçağı geri çəkərək əlimə xəsarət yetirdi”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli hesab edilib, cinayət işinə həmin maddə üzrə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
O, Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə təqsirli bilinib və 7 ay müddətə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
demokrat.azSərxoş kişi keçmiş arvadının “Tik Tok”da fotolarını gördü, gecəyarısı... — TƏFƏRRÜAT ( 18950467)
-
moderator.azNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay ( 18943855)
-
hurriyyet.azNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay ( 18941986)
-
azpolitika.infoNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR Biabırçı olay ( 18939979)
-
demokrat.azAğcabədidə 2 nəfər arasında mübahisə cinayətlə nəticələndi — TƏFƏRRÜAT ( 18907924)
-
demokrat.azŞağanda 50 yaşlı kişi sevgilisinə şiddət göstərdi, atasına və uşaqlarına isə... TƏFƏRRÜAT ( 18906682)
-
demokrat.azŞağanda 50 yaşlı kişi sevgilisinə şiddət göstərdi, atasına və uşaqlarına isə... — TƏFƏRRÜAT ( 18906643)
-
demokrat.azBakıda gecə yarası qanlı dava: 33 yaşlı kişi qonşusunu bıçaqladı ( 18888928)
-
demokrat.azYasamalda 35 yaşlı kişi keçmiş arvadını küçədə döydü ( 18865252)
-
demokrat.azYasamalda 35 yaşlı kişi keçmiş arvadını küçədə döydü ( 18865237)