AZ

Bakıda gecə yarası qanlı dava: 33 yaşlı kişi qonşusunu bıçaqladı

Bakının Xəzər rayonunda tanışlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu, Xəzər rayonu, Şüvalan qəsəbəsində baş verib. 

Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü Valeh Babayevin həmin qəsəbədə yerləşən Göyərçin düşərgəsinin arxa tərəfində onunla qonşuluqda yaşayan Zamir Səlimov (ad-soyad şərtidir – red.) ilə mübahisəsi yaranıb.  
Baş verən mübahisə zəminində yerdən götürdüyü bıçaqla onun arxa sol sağrı nahiyəsindən bir dəfə qəsdən vurub. 

Hadisəni törədən Valehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, hadisə günü gecə saat təxminən 1 radələrində yaşadığı Şüvalan qəsəbəsində yerləşən Göyərçin düşərgəsinin dəhlizinə çıxan zaman zərərçəkmiş şəxsi görüb və ona zarafatla “malış” deyərək müraciət edib: 

“Bu vaxt zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ünvanıma nalayiq söyüşlər söyərək məni təhqir etdi. Mən zərərçəkmiş şəxsin sərxoş olduğunu hiss etdiyim üçün onu sakitləşdirmək istəsəm də, sonuncu məni yaşadığımı düşərgəsinin arxa tərəfinə apardı. Orada ünvanıma nalayiq söyüşlər söyərək yenə də məni təhqir etdi. Bu vaxt  yerdə olan bıçağa gözüm sataşdı. Əsəbləşdiyim üçün yerdən götürdüyüm bıçaqla zərərçəkmiş şəxsin arxa sol sağrı nahiyyəsindən bir dəfə vuraraq ona xəsarət yetirdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Valehə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 


Fariz Məlikli
Demokrat.az
Seçilən
6
50
demokrat.az

10Mənbələr