Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 31-də Ağcabədi şəhəri, Heydər Əliyev prospektində baş verib.
Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü Camal Məmmədov həmin gün saat 18 radələrində 11 saylı məktəbin yanında Zəmanət Piriyev (ad-soyad şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı yumruqla Zəmanətin sifət nahiyəsindən bir dəfə vurub. Ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.
Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, etyi əməldən peşman olduğunu söyləyib.
Müttəhimin ifadəsinə görə, dekabrın 31-də, saat 18 radələrində 11 saylı məktəbin yanında Zəmanətlə şəxsi münasibətlər zəminində aralarında mübahisə düşüb və mübahisə zamanı yumruqla onun sifət nahiyəsindən bir dəfə vurub.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkənin ondan şikayətçi olmadığı məlum olub.
Bu səbəbdən Camalın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
demokrat.azAğstafada gənclər arasında qız üstündə DAVA — TƏFƏRRÜAT ( 18960187)
-
demokrat.azAğstafada gənclər arasında qız üstündə DAVA TƏFƏRRÜAT ( 18960169)
-
demokrat.azSərxoş kişi keçmiş arvadının “Tik Tok”da fotolarını gördü, gecəyarısı... — TƏFƏRRÜAT ( 18950467)
-
moderator.azNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay ( 18943855)
-
hurriyyet.azNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay ( 18941986)
-
azpolitika.infoNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR Biabırçı olay ( 18939979)
-
demokrat.azAğcabədidə 2 nəfər arasında mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT ( 18908059)
-
demokrat.azAğcabədidə 2 nəfər arasında mübahisə cinayətlə nəticələndi — TƏFƏRRÜAT ( 18907924)
-
demokrat.azŞağanda 50 yaşlı kişi sevgilisinə şiddət göstərdi, atasına və uşaqlarına isə... TƏFƏRRÜAT ( 18906682)
-
demokrat.azŞağanda 50 yaşlı kişi sevgilisinə şiddət göstərdi, atasına və uşaqlarına isə... — TƏFƏRRÜAT ( 18906643)