Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Mərhəmət həmin qəsəbədə yerləşən məhlələrin birində sevgi münasibətində olduğu Səma (adlar şərtidir – red.) ilə mübahisə edib.
O, aralarında baş vermiş mübahisə zəminində Səmanı şillə, yumruqla sifət və baş nahiyəsindən bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Mərhəmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərhəmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Şağan qəsəbəsində zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətləri zəminində mübahisə baş verib:
“Bu mübahisə zamanı əsəbləşdiyimdən əlim ilə onun üzündən vurmuşam. Zərərçəkmiş şəxsin mənə borcu olmayıb. İbtidai istintaq zamanı əsəbi olduğumdan bu barədə ifadə vermişəm”.
İş üzrə zərərçəkmiş Səmanın sözlərinə görə, təqsirləndirilən şəxsi uzun müddətdir tanıyır və aralarında yalnız dostluq münasibətləri olub:
“Təqsirləndirilən şəxs isə başqa insanlarla görüşməmi bəhanəsi ilə məni qısqanıb. Əvvəllər də müttəhim bu səbəbdən məni bir neçə dəfə döyüb. Hətta şikayət etdiyim günün sonrakı günü də gələrək məni döyüb”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü də Şağan qəsəbəsində olan məhələdə Mərhəmət onunla qısqaclıq zəminində mübahisə edib: “Mənim sifətimdən, başımdan vurub. Mənim atama və uşaqlarıma qarşı kobud söyüşlər söydüyünə görə artıq dözməmişəm və şikayət etmişəm”.
O, ifadəsində həmçinin bildirib ki, onun yaşadığı evin təmiri olmayıb, Mərhəmət onun evinin özü təmir eləcəyini bildirib:
“Mən də Mərhəmətə təmirə görə hissə-hissə pul verəcəyimi söyləmişəm. Mənim evimdə təmir işləri görüb. Lakin məndən buna görə pul istəməyib”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə müttəhimə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Təqsirləndirilən şəxsin yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
demokrat.azSərxoş kişi keçmiş arvadının “Tik Tok”da fotolarını gördü, gecəyarısı... — TƏFƏRRÜAT ( 18950467)
-
moderator.azNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay ( 18943855)
-
hurriyyet.azNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay ( 18941986)
-
azpolitika.infoNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR Biabırçı olay ( 18939979)
-
demokrat.azAğcabədidə 2 nəfər arasında mübahisə cinayətlə nəticələndi — TƏFƏRRÜAT ( 18907924)
-
demokrat.azŞağanda 50 yaşlı kişi sevgilisinə şiddət göstərdi, atasına və uşaqlarına isə... TƏFƏRRÜAT ( 18906682)
-
demokrat.azŞağanda 50 yaşlı kişi sevgilisinə şiddət göstərdi, atasına və uşaqlarına isə... — TƏFƏRRÜAT ( 18906643)
-
demokrat.azBakıda gecə yarası qanlı dava: 33 yaşlı kişi qonşusunu bıçaqladı ( 18888928)
-
demokrat.azYasamalda 35 yaşlı kişi keçmiş arvadını küçədə döydü ( 18865252)
-
demokrat.azYasamalda 35 yaşlı kişi keçmiş arvadını küçədə döydü ( 18865237)