Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 22-də Yasamal rayonu, Ş.Əzizbəyov küçəsində baş verib.
Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Əjdər Babayev həmin gün saat 10:00-da həmin küçədə yerləşən marketdə keçmiş arvadı Cəmilə (adlar şərtidir - red.) ilə mübahisə edib.
Bu zaman Əjdər keçmiş arvadından mobil telefonunun şifrəsini deməməsi tələb edib. Sosial şəbəkədə özünü paylaşması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisəsi yaranıb.
Mübahisə zamanı o, keçmiş arvadının üz və baş nahiyəsinə yumruqla, təpiklə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əjdərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əjdər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Cəmilə ilə 2015-ci ildə ailə həyatı qurub və birgə nikahlarından 3 övladları dünyaya gəlib:
“Aramızda mütəmadi mübahisələrimiz olduğu üçün arvadım məhkəməyə müraciət etdi və Yasamal Rayon Məhkəməsinin qərarı ilə boşandıq. Lakin buna baxmayaraq birlikdə qalırdıq”.
Onun sözlərinə görə, hadisə günü səhər saatlarında Cəmiləyə zəng edib və harada olduğunu soruşub:
“Mənimlə telefonda kobud danışdı. Bundan sonra onun işlədiyi marketə getdim. Marketdə telefonunun kodunu açmasını bildirdim. Lakin Cəmilə kodu açmadığı üçün telefonunu ondan aldım və yerə çırparaq sındırdım. Həmin telefonu ona özüm almışdım. Marketin içərisində olan zaman onun üzərinə hücum etdim, üz və baş nahiyyələrinə təpik, yumruq zərbələri vurdum. Daha sonra oradan getdim”.
İş üzrə zərərçəkmiş Cəmilənin sözlərinə görə, hər bir ailədə olduğu kimi onların ailəsində də müəyyən söz-söhbətlər olub:
“Biz yola getməmişik və mənə xəyanət edb. Bu səbəbdən boşanmaq üçün məhkəməyə müraciət etdim. 2021-ci ildə Yasamal Rayon Məhkəməsinin qərarı ilə boşandıq. Buna baxmayaraq, hələ də onunla birlikdə yaşamışıq”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü səhər saatlarında tanışının salon açılışına gedib:
“Oradan çıxarkən Əjdər zəng etdi və harada olduğumu soruşdu. Ona harada olduğumun heç bir aidiyyəti olmadığını bildirdim. Bundan sonra küçədə Əjdər qarşımı kəsdi və küçənin ortasında mənimlə ucadan danışdı, söz mübahisəsi etməyə başladı. Telefonunu küçədə əlimdən aldı və məni döyməklə hədələdi. Əjdərdən qorxduğum üçün işlədiyim marketə qaçdım. Orada Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Əjdər də marketə daxil oldu, üzərimə hücum etdi. Hər iki əlləri ilə üz və baş nahiyyələrimə yumruqla vurdu. Bu zaman yerə yıxıldım. Yerdə olarkən baş və üz nahiyyəmə də ayaq zərbələri vurmağa başladı”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş şəxs məhkəməyə barışıq ərizəsi təqdim edib.
Bu səbəbdən Əjdərin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
demokrat.azSərxoş kişi keçmiş arvadının “Tik Tok”da fotolarını gördü, gecəyarısı... — TƏFƏRRÜAT ( 18950467)
-
moderator.azNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay ( 18943855)
-
hurriyyet.azNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay ( 18941986)
-
azpolitika.infoNAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR Biabırçı olay ( 18939979)
-
demokrat.azAğcabədidə 2 nəfər arasında mübahisə cinayətlə nəticələndi — TƏFƏRRÜAT ( 18907924)
-
demokrat.azŞağanda 50 yaşlı kişi sevgilisinə şiddət göstərdi, atasına və uşaqlarına isə... TƏFƏRRÜAT ( 18906682)
-
demokrat.azŞağanda 50 yaşlı kişi sevgilisinə şiddət göstərdi, atasına və uşaqlarına isə... — TƏFƏRRÜAT ( 18906643)
-
demokrat.azBakıda gecə yarası qanlı dava: 33 yaşlı kişi qonşusunu bıçaqladı ( 18888928)
-
demokrat.azBakıda gecə yarası qanlı dava: 33 yaşlı kişi qonşusunu bıçaqladı ( 18888880)
-
demokrat.azYasamalda 35 yaşlı kişi keçmiş arvadını küçədə döydü ( 18865252)