Azvision saytından alınan məlumata görə, ain.az bildirir.
AzVision.az “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, İsrail xüsusi təyinatlılarının əsgərləri bu ərazidə yerləşən keçmiş Respublika Qvardiyasının bazasını təmizləyiblər. Əməliyyat 5 saata yaxın davam edib, bundan sonra İsrail hərbçiləri vertolyotla Suriya ərazisidən çıxıblar. “İsrail ordusunun mexanikləşdirilmiş patrulları səhər saatlarında Dəməşqin qərbində Livan-Suriya sərhədində yerləşən Rahle kəndində peyda olub. Onlar həmçinin iyulun 2-də təmizləmə əməliyyatının aparıldığı Dəraa əyalətinin cənubundakı Yərmuk çayı üzərindəki Ayn Deker və Saisun bölgələrində də müşahidə ediliblər”, - telekanalın yaydığı məlumatda deyilir. Əməliyyat zamanı orada gizlənən yaraqlıların və silah anbarlarının aşkarlandığı bildirilir. Bir qrup məhbus İsrail ərazisinə aparılıb. Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Suriyanın cənubunun “tam silahsızlaşdırılmasını” tələb edərək orada heç bir silahlı qruplaşmanın olmasına icazə verməyəcəyini açıqlayıb. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.