AZ

İsrail Livanın cənubunda iki evə hücum etdi

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İsrail ordusu, Livanın cənubunda yerləşən Nəbətiyyə vilayətinə bağlı Ramiye və Ayta eş-Şab qəsəbələrində iki evə pilotsuz uçuş aparatı (PUA) və idarəolunan raketlərlə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki,Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail ordusu səhər saatlarında Ayta eş-Şab qəsəbəsindəki bir evi idarəolunan raketlə vurub.

Həmçinin Ramiye qəsəbəsində yerləşən bir evə də PUA ilə hücum təşkil olunub.

Hücumların hədəfi olan evlərdə böyük maddi ziyan baş verib, lakin insan tələfatı və ya yaralanma ilə bağlı hələlik məlumat verilməyib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
49
icma.az

10Mənbələr