Dünən Qəzzada İsrail hərbçiləri ilə HƏMAS döyüşçüləri arasında toqquşma olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xan Yunisdə bir fələstinli müqavimət döyüşçüsü İsrail əsgərlərini daşıyan zirehli avtomobilə bomba yerləşdirib.
Məlumata görə, dsaha sonra partladılan zirehli maşın alovlanıb: "Nəticədə içərisində olan 7 hərbçi həlak olub. Bununla yanaşı, Xan Yunusda dövriyyədə olan İsrail hərbçiləri raketlə vurulub. Bu əməliyyat zamanı isə biri ağır olmaqla, 2 İsrail əsgəri yaralanıb"
Tahir Şəlvəli
MİA.AZ