Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Paytaxt Beyrutun cənubundakı Halde rayonunda İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) bir avtomobili hədəf alması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.Turkustan.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlama verib.İsrail ordusundan verilən açıqlamada, hücumda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Gücü adından silah qaçaqmalçılığı və “terror planları” ilə məşğul olduğu iddia edilən bir şəxsin hədəf alındığı bildirilib.Hədəf edilən şəxsin kimliyi hələlik açıqlanmır.İsrail ordusu Livanın cənubunda partlayıcı ilə evi dağıdıb
Livan mətbuatında yer alan xəbərlərə görə, İsrail ordusunun bir hissəsi evə sızaraq, ora partlayıcı yerləşdirib.Daha sonra bildirilib ki, sözügedən partlayıcının işə salınması nəticəsində livanlıya məxsus ev tamamilə dağılıb.Hadisədə can itkisi ilə bağlı məlumat paylaşılmasa da, İsrail qüvvələrinin bölgədən geri çəkildiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.