AZ

İsrail ordusu Suriyada İranın nəzarətində olan terror qrupunun üzvlərini saxladı

İsrail Müdafiə Ordusu (SAXAL) Suriyanın Üm əl-Luks və Ayn əl-Bəsl bölgələrində İran tərəfindən idarə olunan silahlı qruplaşmanın üzvlərini ələ keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
 
Bildirilir ki, əməliyyat 210-cu diviziyanın tərkibində olan "Ha-Colan" briqadası və 504-cü kəşfiyyat bölməsinin istintaqçıları tərəfindən gecə saatlarında baş tutub.
 
"İran tərəfindən idarə olunan və terrorçu hesab edilən bir qrupun üzvləri uğurla saxlanılıb. Əməliyyat zamanı əl qumbaraları və bir neçə odlu silah da ələ keçirilib", - deyə SAXAL nümayəndəsi bildirib.
Seçilən
27
50
moderator.az

10Mənbələr