AZ

Tramp: İran ABŞ və İsrailə ölüm arzulayırdı

BAKI. 4 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran nümayəndələri ilə görüşü istisna etməyib.

Teleqraf xəbər verir ki, o, Ayova ştatında çıxışı zamanı bu bəyanatla çıxış edib.

Tramp İranın nüvə obyektlərinə ABŞ hücumunu “mükəmməl zərbə” adlandırıb.

“Onlar çox pis danışırdılar, ABŞ-yə, İsrailə ölüm arzulayırdılar”, - o deyib.

ABŞ dövlət başçısı İrana endirilən zərbələrdən sonra bu bəyanatların dayandığını iddia edib.

“Düzünü desək, biz onlarla görüşə bilərik. Onlar görüşmək istəyirlər, baxarıq nə etmək olar. Amma onlar görüşməyi çox istəyirlər", - Tramp bildirib.

Seçilən
16
50
teleqraf.com

10Mənbələr