Bakı. Trend:
Yaxın Şərqin bir çox ölkələri İsraillə münasibətlərinnormallaşmasını nəzərdə tutan İbrahim Razılaşmalarınaqoşulacaqlar.
Trend xəbər verirki, belə bir bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
“Düşünürəm ki, bir çoxları İbrahim Sazişlərinə qoşulacaq”, -deyə o, Ayova ştatına səfərdən sonra Vaşinqtona qayıdarkənjurnalistlərə bildirib.
Tramp qeyd edib ki, bu məsələ iyulun 3-də Ağ Evdə SəudiyyəƏrəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səudlakeçirilən görüşdə müzakirə olunub.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven UitkoffLivan və Suriyanın yəhudi dövləti ilə münasibətlərinnormallaşdırılmasının real bir ehtimal olduğunu bildirmişdi.