AZ

Zəruri olsa, İran rəsmiləri ilə görüşməyə hazıram -Tramp

ABŞ prezidenti Donald Tramp  zəruri olarsa, İran nümayəndələri ilə görüşməyə hazır olduğunu və rəsmi Tehranın Vaşinqtonla danışmaq istədiyini bildirib.

“Düşünürəm ki, onlar görüşmək istəyirlər. Yəni, bilirəm ki, istəyirlər. Və əgər ehtiyac yaranarsa, mən bunu edərəm”, —  Tramp Endryus Hərbi Hava Bazasında jurnalistlərə bildirib.

O əlavə edib ki, danışıqlara onun xüsusi nümayəndəsi Stiv Uitkof “dərin şəkildə cəlb olunub” və “fantastik iş görür”.

Tramp qeyd edib ki, ABŞ-ın “İrana zərər vurmaq niyyəti yoxdur”.

O həmçinin xatırladıb ki, 30 iyunda ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranla heç bir əlaqə olmayıb.

N.Təbrizli

Seçilən
4
43
anews.az

10Mənbələr