AZ

Tariflər iyulun 9-da qüvvəyə minəcək, müddət bir daha uzadılmayacaq – Tramp

ABŞ prezidenti Donald Tramp iyulun 9-dan qüvvəyə minməsi nəzərdə tutulan ticarət tariflərinin tətbiqi müddətini yenidən artırmayacaq.

Musavat.com xəbər verir ki, bunu Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib: "Fasilə haqqında düşünmürəm. Bir çox ölkəyə məktublar yazacağam. Düşünürəm ki, onlar prosesi indi anlamağa başlayırlar".

Eyni zamanda Ağ Evin rəhbəri ABŞ-ın Yaponiya ilə ticarət sazişi bağlaya bilməyəcəyini deyib. Onun fikrincə, bu və digər ölkələr “30 və ya 40 ildir Amerika hökumətini soymağa öyrəşərək korlanıblar, ona görə də onlarla danışıqlar aparmaq çox çətindir”: "Beləliklə, edəcəyim şey budur. Mən onlara bir məktub yazacağam ki, biz sizə minnətdarıq, amma siz bizə lazım olanı edə bilmirsiniz, ona görə də biz nə qərar versək – 30 faiz, 35 faiz ödəyəcəksiniz. Onlar xoşbəxt ola da bilər, olmaya da bilər, lakin biz bəzi ölkələrə sövdələşməyə icazə verməyəcəyik. Əksər hallarda biz sadəcə bir rəqəm müəyyən edəcəyik - bu, bu qədər sadədir".

Qeyd edək ki, Tramp Yaponiyanın ölkədə olan çatışmazlığa rəğmən ABŞ-dan düyü almamasına görə Tokiodan narazıdır. Bu narazılıq nəticəsində Yaponiyanın ticarət danışıqları üçün ABŞ-a gələn nümayəndələri Ağ Evdə soyuq qarşılanıb, maliyyə naziri Skott Bessent onlarla görüşdən imtina edib.

Musavat.com

Seçilən
32
50
musavat.com

10Mənbələr