AZ

Mask Trampın Yaxın Şərq siyasətini təqdir edib

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs elan etməsi ilə bağlı yazısını şərh edib.

Editor.az xəbər verir ki, müvafiq yazı X sosial şəbəkəsində dərc olunub.

Musk qeyd edib ki, Tramp dünyada bir çox ciddi münaqişələri uğurla həll etdiyinə görə təriflənməlidir.

Qeyd edək ki, iyulun 1-də Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb. Amerika lideri bunun İsrail liderləri ilə “uzun və məhsuldar görüş” keçirən nümayəndələrinin sayəsində mümkün olduğunu bildirib.

Həmin gün İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında Tramp, vitse-prezident J.D.Vans, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqseth və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffla görüşmək üçün gələn həftə Vaşinqtona gedəcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
31
50
editor.az

10Mənbələr