“Rusiya hüquq-mühafizə orqanlarının Səfərovlar ailəsinə qarşı bu aqresiv rəftarı nə hüquqi, nə də Rusiya-Azərbaycan münasibətlərinin xarakteri baxımından qəbul edilə bilməz”.
Bu barədə Hafta.Az-a professor Elşad Mirbəşir bildirib. O, qeyd edib ki, Yekaterenburq şəhərində Səfərovlar ailəsi ilə bağlı baş verənlər hər bir azərbaycanlını narahat edir.
“Azərbaycan cəmiyyəti və dövlət məsələ ilə bağlı olduqca düşgün reaksiya nümayiş etdirib. Prezidentimiz hər zaman vurğulayır ki, dünyanın hansı nöqtəsində yaşamalarından asılı olmayaraq Azərbaycan hər bir azərbaycanlının vətənidir. Bu baxımdan Azərbaycan dövləti növbəti dəfə nümayiş etdirdi ki, harada yaşamasından asılı olmayaraq, soydaşlarımızın taleyinə biganə deyil. Rusiya hakimiyyət orqanları Azərbaycan tərəfinin narahatlığını nəzərə alaraq baş vermiş hadisəyə aydınlıq gətirməlidir”- professor deyib.
E.Mirbəşir məsələyə hüquqi bucaqdan yanaşaraq təqsirsizlik prizumsiyası anlayışına diqqət çəkib. Bildirib ki, hansısa əmələ görə şübhəli bilinən şəxs tələb olunan hüquqi prosedur və qaydalar əsasında, yaxud məhkəmə yolu ilə təqsiri sübuta yetirilməyibsə, təqsirsiz hesab olunur:
“Nəzərə almaq lazımdır ki, təqsirsizlik prizumsiyası deklarasiyalar, beynəlxalq müstəvidə, o cümlədən Rusiya tərəfindən də dəstəklənir. Rusiya prezidentinin mətbuat katibi isə Azərbaycanla münasibətlərin yaxşılaşdırılması zərurətindən danışıb. Hesab edirəm ki, bu, əməldə sübut olunmalıdır. Rusiya son vaxtlar soydaşlarımıza qarşı baş verən əməlləri ciddi araşdırmalı və qanunu pozanlara qarşı müvafiq addımlar atmalıdır. Bu, Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi üçün vacibdir”.
E.Mirbəşir çoxsaylı soydaşlarımızın böyük əksəriyyətinin Rusiya vətəndaşı kimi rus iqtisadiyyatına müsbət təsirlərinin olduğunu önə çəkib. Onun fikrincə, bu cür hadisələr ikitərəfli münasibətlərə mənfi təsir göstərir:
“Bu münasibətləri qorumaq üçün Səfərovların ailə üzvlərinin qətli ilə bağlı hüquqi qiymət verilməldir. Məsələnin araşdırılması ilə bağlı Azərbaycanın tələbləri Rusiya tərəfindən nəzərə alınmalıdır. Qonşu ölkələr arasında dialoq şəraitinn olması regionun təhlükəsizliyi baxımından vacibdir. Azərbaycan region, dünya ölkələri ilə milli maraqların etibarlı qorunmsı, bərabər hüquqluluq, qarşılıqlı maraqların nəzərə alınması şəraitində konstruktiv münasibətlərin qurulmsınada maraqlıdır. Dövlətimiz bu prinsipləri rəhbər tutduğunu daim nümayiş etdirib. Rusiya da Azərbaycanla münasibətlərini inkişaf etdirmək istəyirsə, o zaman məsələ aydınaşdırılmlıdır”.
E.Mirbəşir bu hadisədə hansısa maraqlı qüvvələrin işləməsini istisna etməyib. Onun sözlərinə görə, elə qruplar var ki, onlar belə hadisələrin törədilməsində maraqlıdırlar.
“Bu, ölkələr arasında nifaq yaradan faktorlardır və bəzi qüvvələr bunun üçün çalışır” -deyə E.Mirbəşir məsələnin araşdırılmasına ehtiyac olduğunu vurğulayıb.