AZ

Həyəcanverici xəbərlər gəlir – Rusiyanın daha bir şəhərində azərbaycanlılar…

Rusiya OMON-nun Yekaterinburq şəhərində azərbaycanlılara hücumu bir sıra aspektdən diqqət çəkir. Önəmli məqamlardan biri də Kremlin niyə məhz bu şəhəri seçməsidir.

Rusiya Azərbaycana təzyiqə niyə Yekaterinburq şəhərində başladı?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Yekaterinburq Rusiyanın və Ural bölgəsinin iri şəhərlərindəndir:

“Fikrimcə, azərbaycanlılara qarşı təxribatın məhz bu şəhərdə seçilməsi təsadüfi deyil. Rusiyalı rəsmilər və deputatlar Yekaterinburqda hansısa “kiriminal məsələyə” istinad edirlər, ancaq bunun faktları əks etdirmədiyi aşkardır. Bir ölkənin rəsmiləri ki “Yekaterinburqda həbs olunan iki azərbaycanlı ürək tutmasından vəfat edib” kimi yalanı açıqlamaqdan yorulmurlar, onların 25 il əvvəlki cinayət hadisəsinə istinad etmələri də həqiqətdən uzaqdır.

Yekaterinburqdan əvvəl Rusiya polisi azərbaycanlıların Sankt-Peterburqdakı toy məclisinə də basqın etmişdi. Həmin olayda ölən olmasa da, qonaqlar alçaldılmışdı. Yəni Yekaterinburq və ya Sankt-Peterburqda baş verənləri Rusiyanın digər şəhərlərində də təkrarlanması ehtimalı yüksəkdir. Artıq Voronejdən həyəcanverici xəbərlər gəlir”.

Politoloq qeyd edib ki, Kreml Azərbaycanın müstəqil siyasətini qəbul etmədiyinə görə bu cür üsullarla təzyiqə başlayıb:

“Rusiya Prezidenti Vladimir Putinin şovinist ruhlu açıqlamaları buna işarədir. Onun fikrincə, Rusiyaya qonşu ölkələr vassal olmalıdırlar. Bu adam Ukraynaya qarşı işğalçı müharibəni bitirməmiş digər dövlətlərə, o cümlədən Azərbaycana qarşı təzyiqi artırmağı əmr edib. Bu, iki ölkə arasındakı münasibətləri daha pisləşdirəcək və biz buna hazır olmalıyıq”.

Seçilən
25
50
bizimshow.az

10Mənbələr