Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını vacib hesab etdiyini bildirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu fikirləri Rusiya telekanallarında Ermənistanla bağlı səsləndirilən fikirləri şərh edərkən deyib.
“Düşünürəm ki, Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması məsələsini ciddi şəkildə müzakirəyə başlamalıyıq. Bu, erməni-rus münasibətlərinə zərər vurur”, – deyə Simonyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əgər dövlət telekanalları özlərinə Ermənistanın daxili işlərinə müdaxilə etmək haqqını tanıyırlarsa, bu halda Ermənistan cavab verməlidir:
"Biz də cavab verməliyik və heç olmasa bu kanalların bizim cəmiyyətin evlərinə daxil olmasının qarşısını almalıyıq”.
Fidan Hacızadə
Sfera.az